...

Bəhram Xəlilov: Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin Azərbaycan dili bilikləri qaneedici deyil

Cəmiyyət Materials 27 Yanvar 2014 16:31 (UTC +04:00)
"Dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin əksəriyyətinin Azərbaycan dili bilikləri hələ də bizi qane edən, yəni dövlət qulluğunda lazım olan səviyyədə deyil".
Bəhram Xəlilov: Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin Azərbaycan dili bilikləri qaneedici deyil

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

"Dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin əksəriyyətinin Azərbaycan dili bilikləri hələ də bizi qane edən, yəni dövlət qulluğunda lazım olan səviyyədə deyil". Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

Komissiya sədri qeyd edib ki, namizədlərin dil biliklərinin artırılması üçün onlara əlavə şərait yaradılır:

"Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin Azərbaycan dili biliyi aşağı səviyyədədir. Bunu nəzərə alaraq, biz birinci mərhələdə test imtahanlarında Azərbaycan dilinə dair bilikləri də yoxlayırıq. Test imtahanlarında digər sual bloklarından əlavə, Azərbaycan dilinə aid suallar da salınır. Lakin namizədlərə Azərbaycan dili üzrə hazırlıq imkanı yaradılır ki, bu da səviyyənin müəyyən qədər artmasına kömək edir. Bu, tələbat və təcrübədən irəli gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti