...

Türkiyədə sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsi məcburi olacaq

Cəmiyyət Materials 29 Yanvar 2014 09:57 (UTC +04:00)
Türkiyədə avtomobil qəzaları zamanı xəsarət alanların sayının minimuma endirilməsi üçün bundan sonra bütün növ nəqliyyat vasitələrində sərnişinlərin də təhlükəsizlik kəmərlərini taxması məcburi olacaq.
Türkiyədə sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsi məcburi olacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə avtomobil qəzaları zamanı xəsarət alanların sayının minimuma endirilməsi üçün bundan sonra bütün növ nəqliyyat vasitələrində sərnişinlərin də təhlükəsizlik kəmərlərini taxması məcburi olacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "HaberTürk" qəzeti xəbər verib.

Məlumata əsasən, şəhərlərarası avtobusların sürət həddinin azaldılması və bunun üçün xüsusi cihazların hazırlanması da nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, Türkiyədə avtomobil qəzalarında hər il 8 mindən çox insan ölür. Ölənlərin əksəriyyəti 15-29 yaşlı gənclərdir.

Ölkə ərazisində ölümlə nəticələnən qəzaların təxminən 34%-i sürət həddinin aşılması səbəbindən baş verir.

Türkiyədə 30 il ərzində orta hesabla 385 min insan avtomobil qəzası nəticəsində həlak olub.

Türkiyə avtomobil qəzalarının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirir. Son tədbirlərdən biri də təhlükəsizlik kəmərlərinin başlığının satışına tətbiq edilən qadağa olub. Ölkə ərazisində təhlükəsizlik kəmərlərinin başlığının satışına görə 180 lirə cərimə nəzərdə tutulub.

Türkiyədə son aylar yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr də sərtləşdirilib. Belə ki, avtomobil yollarında müəyyən olunmuş sürət həddini keçməyə görə cərimənin məbləği 700 türk lirəsinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti