...

İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb

Cəmiyyət Materials 2 Fevral 2014 11:38 (UTC +04:00)
Güclü qarın yağması İranın Ərdəbil, Mərkəzi, Xorasan-e Şimali, Xorasan-e Rəzəvi, Həmədan, Qum və Mazandaran əyalətlərində dərslərin təxirə salınmasına səbəb olub.
İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salınıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Cəfərov/

Güclü qarın yağması İranın Ərdəbil, Mərkəzi, Xorasan-e Şimali, Xorasan-e Rəzəvi, Həmədan , Qum və Mazandaran əyalətlərində dərslərin təxirə salınmasına səbəb olub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Məlumata əsasən, Ərdəbil əyalətində -14 dərəcə şaxta var və Ərdəbil, Səreyn, Xalxal, Germi, Biləsuvar , Parsabad şəhərlərində uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) müvəqqəti bağlıdır.

Hava şəraitinin həmin əyalətlərdə həftənin sonunadək dəyişilməyəcəyi ehtimal olunur. Məktəblərdə dərslərin daha bir neçə gün təxirə salmaq nəzərdə tutulur.

Sürüşkən yollar və pis görünmə dərəcəsi Kürdistan, Mazandaran, Xorasan-e Rəzəvi, Xorasan-e Cənubi əyalətlərində avtomaqistralların bağlanmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti