...

Azərbaycan Prezidenti Arif Paşayevi “İstiqlal” ordeni ilə təltif edib

Cəmiyyət Materials 15 Fevral 2014 09:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Mir Cəlal oğlu Paşayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Arif Paşayevi “İstiqlal” ordeni ilə təltif edib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Mir Cəlal oğlu Paşayevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "İstiqlal" ordeni ilə təltif edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti