...

Bakı şəhər sakinlərinin qanunsuz əməlləri ifşa edilib

Cəmiyyət Materials 18 Fevral 2014 18:10 (UTC +04:00)
Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayevin qanunsuz əməlləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Bakı şəhər sakinlərinin qanunsuz əməlləri ifşa edilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayevin qanunsuz əməlləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı R.İsmayılovun K.İsayevlə birgə Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikası vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin Respublikası vətəndaşına Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5.0 min manat məbləğində pul almasında, eyni zamanda, icazənin alınması məqsədi ilə Filippin Respublikası vətəndaşının adına formal Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək bank hesabına 101.0 min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric etmiş və miqrasiya qanunvericiliyinə zidd olaraq əldə edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti