...

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Cəmiyyət Materials 5 Mart 2014 14:07 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib.
Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il ərzində Azərbaycanda 270 aptekdə yoxlama keçirilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, lisenziyası olmayan 5 aptekin fəaliyyəti dayandırılıb.

Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.

Ötən il Bakıda lisenziyasız stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkarlanıb, onlar barəsində müvafiq tədbirlər görülüb. Ümumiyyətlə, 2013-cü il ərzində lisenziya olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkarlanaraq inzibati icraat aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti