...

Səhiyyə Nazirliyi: Lökbatanda təbii qazdan 115 nəfər zəhərlənib

Cəmiyyət Materials 6 Mart 2014 10:45 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar rəsmi məlumat yayıb.
Səhiyyə Nazirliyi: Lökbatanda təbii qazdan 115 nəfər zəhərlənib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar rəsmi məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə nəticəsində 115 nəfər zəhərlənib. Onlardan 70-nə hadisə yerində yardım göstərilib və evə buraxılıb. Zərərçəkənlərin 45-i Səhiyyə Nazirliyinin Toksikologiya Mərkəzinə gətirilib. Onlardan 43-ü hospitalizasiya edilib. Həmin xəstələrin səhhətləri üçün təhlükə olmadığından onların hamısı gecə evə buraxılıb.

Qazdan zəhərlənmədən öldüyü bildirilən qəsəbə sakini 45 yaşlı Nataliya Məmmədovanın ölümünə bu hadisənin səbəb olduğu ehtimal edilmir.

Qeyd edək ki, dünən axşam saatlarında qəsəbədə 3-4 beşmərtəbəli yaşayış binasında kütləvi zəhərlənmə baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən daha öncə Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib.

Təbii qazdan kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti