...

"AtaBank" ASC qadın jurnalistlərin 8 Mart bayramını təbrik edib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2014 12:28 (UTC +04:00)
“Excelsior Hotel Baku” otelinin “Belveder” restoranında 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş xüsusi proqram keçirilib.
"AtaBank" ASC qadın jurnalistlərin 8 Mart bayramını  təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş xüsusi proqram keçirilib. Tədbirdə "AtaBank" ASC-nin dəvəti ilə Azərbaycan mediasında çalışan qadın jurnalistlər də iştirak edib.

Bayram tədbirində qadınları təbrik edən "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü - İcraçı direktor Elnur Osmanov bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır. O, jurnalist qadınları 8 mart bayramı münasibətilə təbrik edib və "AtaBank" ASC -nin məlumatlarının mediada yayımlanmasında qadın jurnalistərinin də xüsusi zəhməti olduğunu vurğulayıb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti