...

"28 Cinema" "Hava marşalı" filminə dəvət edir

Cəmiyyət Materials 12 Mart 2014 17:40 (UTC +04:00)
Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" yeni möhtəşəm filmin nümayişlərinə başlayır.
"28 Cinema" "Hava marşalı" filminə dəvət edir

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" yeni möhtəşəm filmin nümayişlərinə başlayır. Belə ki, kinoteatr bütün kinosevərləri, mart ayının 12-dən repertuara daxil olacaq "Hava marşalı" filminə dəvət edir. Film detektiv, döyüş, triller janrlarında çəkilib və filmin əsas süjet xəttini təşkil edən hadisələr kino boyunca təyyarədə baş verir.

Qitələrarası hava reysi zamanı sərnişinlərin təhlükəsizliyini təmin edən hava marşalı Bill Marks manyak-terroristdən hədə mesajları alır. Cinayətkar bütün hadisələrin gedişatını hesablayıb və xüsusi agenti ittihamlar altında qoyub. İndi Marks - ABŞ xüsusi xidmət orqanlarının hədəfidir və ona cinayətkarı tapıb zərərsizləşdirmək, sərnişinləri və ölüm astanasında tapdığı sevgilisini xilas etmək qalır. Partlayışa isə saylı dəqiqələr qalıb...

Film ABŞ və Fransa istehsalıdır və rejissoru Haume Kolyet-Serradır. Filmdə Liam Nison, Culiana Mur, Lupitta Niongo, Mişel Dokeri, Enson Maunt kimi məhşurlar rol alıb.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti