...

Azərbaycan xarici QHT-lər üçün qrant müsabiqəsi elan edir

Cəmiyyət Materials 13 Mart 2014 16:09
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 15 ölkənin QHT-ləri üçün yeni qrant müsabiqəsi elan edir.
Azərbaycan xarici QHT-lər üçün qrant müsabiqəsi elan edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 15 ölkənin QHT-ləri üçün yeni qrant müsabiqəsi elan edir.

Trend-in məlumatına görə, QHT-lər 5 mövzu üzrə tam layihə təkliflərini təqdim edə bilərlər.

Mövzulara Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, Azərbaycanda səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Azərbaycan və I Avropa Oyunları (Bakı - 2015), Azərbaycanla bağlı tədqiqat işi müsabiqəsinin təşkili və Azərbaycan haqqında informasiya portalının yaradılması daxildir.

Müsabiqə ABŞ, Böyük Britaniya, Belçika, Avstriya, Fransa, Almaniya, Polşa, İsveçrə, Niderland, Kanada, Yaponiya, Estoniya, İtaliya, İspaniya və Norveçdən olan QHT-lər üçün elan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti