...

Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2014 18:34 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi "2014-cü il Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi "2014-cü il Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına göə, tədbirdə Prezident Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, KİVDF rəhbəri Vüqar Səfərli və bir sıra media qurumlarının rəhbərləri iştirak ediblər.

Mərasimi giriş sözləri ilə açan V.Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, KİVDF jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir: "Jurnalistlərin son illərdə fəaliyyəti göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biri də bu il keçirdiyimiz Novruz bayramı ilə bağlı yazı müsabiqəsidir".

Onun sözlərinə görə, 2014-cü il üçün Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə ümumilikdə 96 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 10 müsabiqə iştirakçısı həvəsləndirici mükafata layiq görülüb".

Mükafatı qaliblərə Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov və digər rəsmilər təqdim ediblər.

Qeyd edək ki, müsabiqənin şərtlərinə uyğun olaraq, qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat verilib.

Mərasim konsert proqramı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti