...

Azərbaycanlı uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 18 Mart 2014 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycanda Nazirlər Kabinetinə məlumat verilmədən uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilməz.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qəbul etdiyi qərara əsasən, "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarına 1-1-ci hissə əlavə edilib. Əlavədə qeyd olunur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılığın verilməsini, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə həyata keçirir.

Nazirlər Kabinetinin digər qərarı ilə "Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarına 1-1-ci hissə əlavə edilib. Əlavəyə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə; "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə; Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş razılıqlar barədə; əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə hər yarım ildən bir Nazirlər Kabinetinə hesabatlar təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti