...

Türkiyədə təhsil almış gənc azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu elmi tədqiqat jurnalında dərc olunub (FOTO)

Cəmiyyət Materials 19 Mart 2014 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

İstanbuldakı Yeditepe Universitetində parodontologiya sahəsi üzrə 2007-2011-ci illər arasında dr. Cavid Əhmədbəyli və həmkarları dos. Şebnem İpçi Dirikan, dos. Gökser Çakar, prof. Bahar Eren Kuru, prof. Selçuk Yılmaz ilə birlikdə apardıqları ''İncə toxuma biotipinə sahib coxlu diş əti cəkilmələrinin cərrahiyyə müalicəsində taca yönəldilmiş flap və hüceyrəsiz dermal matrisa qraftının (Alloderm) birliktə istifadəsinin 12 aylıq kliniki, estetik və xəstə məmnuniyyətinin nəticələri'' adlı kliniki tədqiqatın nəticələri dünyanın en nüfuzlu elmi-tədqiqat jurnallarından biri, Avropa Parodontologiya Federasiyasının rəsmi yayını olan "Journal of Clinical Periodontology"da Mart 2014 sayında orijinal məqalə olaraq dərc olunmuşdur.

Xatırladaq ki, gənc azərbaycanlı alim, parodontologiya və implantologiya mütəxəssisi dr. Cavid Əhmədbəyli Yeditepe Universitetinin stomatologiya fakültəsinin məzunudur və həmin universitetdə tibb elmləri (parodontologiya) üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini müdafiə etmişdir. Parodontologiya və implantologiya sahəsində Avropa Parodontologiya Federasiyasının sertifikatlı mütəxəssisidır.

Hazırda Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ) prezidentidir, həmçinin Bakıda yerləşən 5A Dent estetik stomatolojı klinikanın parodontologiya və implantologiya bölməsinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti