Azərbaycan, Bakı, 24 mart /Trend/
Bakıda daha bir yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, Cəlil Məmmədquluzadə küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsi ilə kəsişməsinə qədər olah hissəsində (Hərbi Hospital istiqamətində) aparılan təmir işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.