...

Ermənilərin soyqırım siyasətindən bütün dünya xəbər tutmalıdır (FOTO)

Cəmiyyət Materials 31 Mart 2014 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Gəncə şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində YAP Gəncə şəhər təşkilatı qərargahında "dəyirmi masa" təşkil olunub. Tədbirdə təşkilatın sədri Naqif Həmzəyev, Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, tarixçi alimlər və partiya fəalları iştirak ediblər.

"Dəyirmi masa"nı giriş sözü ilə açan N.Həmzəyev 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbərdar olduğunu vurğulayıb. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırım aktları tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Türkiyə Respublikasının Fırat Universitetinin Orta Şərq Araşdırmalar Mərkəzinin, "Orta Şərq Araşdırmalar" jurnalının Qarabağ xüsusi nömrəsinin təqdimatı keçirilib və jurnallar tədbir iştirakçılarına paylanıb.

Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, GDU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev məruzə ilə çıxış ediblər.

Tədbirin sonunda "31 Mart soyqırımı" ilə bağlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, 29 mart tarixində YAP Gəncə şəhər təşkilatı qərargahında partiya fəalları və gənclərin iştirakı ilə türk rejissor Özhan Erenin senarisi və rejissorluğu ilə çəkilmiş, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş "120" sənədli filmi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti