...

Bakıda qısamüddətli mülayim hava şəraitindən sonra temperatur enəcək, şimal küləyi əsəcək

Cəmiyyət Materials 1 Aprel 2014 12:43 (UTC +04:00)
Paytaxt Bakıda qısamüddətli mülayim hava şəraitindən sonra hava nisbətən soyuyacaq, temperatur enəcək.
Bakıda qısamüddətli mülayim hava şəraitindən sonra temperatur enəcək, şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Paytaxt Bakıda qısamüddətli mülayim hava şəraitindən sonra hava nisbətən soyuyacaq, temperatur enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Axşam buludluluq artacaq, cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq. Lakin aprelin 3-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu 5-7 dərəcə enəcək.

Azərbaycanın rayonlarında aprelin 2-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır. Axşam saatlarında şimal və qərb rayonlarında yağıntı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti olacaq. Dağlarda 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti