...

Türkiyənin şəhərlərindən birində yoxlamalar zamanı inşaat işləri dayandırılıb

Cəmiyyət Materials 19 Aprel 2014 14:16 (UTC +04:00)
Türkiyənin Muqla vilayətinin Bodrum şəhərində bütün inşaat işləri dayandırılıb.
Türkiyənin şəhərlərindən birində yoxlamalar zamanı inşaat işləri dayandırılıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin Muqla vilayətinin Bodrum şəhərində bütün inşaat işləri dayandırılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Milliyyət" qəzeti yazıb.

İşlər tikintiyə icazə verən sənədlərin yoxlanması səbəbindən dayandırılıb.

İnşaat işlərinin dayandırılması barədə qərarı Bodrum bələdiyyəsinin yeni rəhbəri verib.

İcazə sənədlərinin yoxlanması şəhərdə mayın 15-dək davam edəcək.

Son seçkilər gedişində Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd Mehmet Kocadon Bodrum bələdiyyəsinin yeni rəhbəri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti