Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/
Bakıda Botanika Muzeyinin yaradılması istiqamətində işlərə başlanılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun direktoru Validə Әlizadə bu gün "Azərbaycanın yaşıl xəzinəsi" adlı sərginin acılışına həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq muzey layihəsinin konsepsiyası hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə isə deyib ki, Azərbaycan Təbiəti Tarixi Muzeyi yaradılmalıdır. Bunun üçün AMEA-ya Ekologiya və Təbiət Sərvətlər Nazirliyi də yardım göstərməlidir: "Azərbaycan Təbiəti Tarixi Muzeyi nəhayət ki, yaradılmalıdır. Çox istərdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əl-ələ verib muzeyin yaradılmasına nail olaq".
Bakıda Botanika Muzeyi yaradılır
Bakıda Botanika Muzeyinin yaradılması istiqamətində işlərə başlanılıb.