Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Bu gün paytaxtın 3 küçəsində hərəkət məhdudlaşdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, bu gün saat 11:00-dan etibarən Bakının Hüseyn Seyidzadə və Cavadxan küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən adıçəkilən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Axşam saat 22:00-dan etibarən isə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar Afiyəddin Cəlilov küçəsində hərəkət tam məhdudlaşdırılacaq.
Nahatlıq yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.