...

İsmayıllı rayonunda baş verən güclü sürüşmə aktiv vəziyyətdədir

Cəmiyyət Materials 9 İyun 2014 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İzzət/

İsmayıllı rayonunda baş verən güclü sürüşmə aktiv vəziyyətdədir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, sürüşmə nəticəsində İsmayıllı rayonun Zərnava kəndinə gedən giriş yol dağılıb.

Qeyd edək ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb.

S.Əmiraslanov deyib ki, sürüşmə artıq çox geniş ərazini əhatə edir: "Sürüşmə o qədər aktivdir ki, hazırda ora müdaxilə etmək təhlükəlidir, yolun bərpası əlavə təhlükələr yarada bilər. Aparılan tədqiqatların nəticəsi bəlli olandan sonra yolun yenidən çəkilib-çəkilməməsi barədə qərar veriləcək".

Geoloqun bildirdiyinə görə, sürüşmə yaşayış evləri üçün təhlükə yaratmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti