...

Külək Zərdaba ciddi ziyan vurub

Cəmiyyət Materials 9 İyun 2014 19:16 (UTC +04:00)
Güclü külək Zərdab rayonunda ciddi fəsadlar törədib.
Külək Zərdaba ciddi ziyan vurub

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Güclü külək Zərdab rayonunda ciddi fəsadlar törədib.

Trend El TV-yə istinadən məlumat verir ki, dünən axşam saatlarında rayon ərazisində əsən qısamüddətli külək İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurdub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. 15-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə baş çəkiblər.

Yaşayış mənqəqələrinin əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti