...

Kamal Abdulla: Bu gün Azərbaycanda ədəbi orqanların redaksiyaları formal şəkildə olmamalıdır

Cəmiyyət Materials 17 İyun 2014 14:15 (UTC +04:00)
"Mən çox arzu edərdim ki, bu gün Azərbaycanda ədəbi orqanların redaksiyaları formal şəkildə qalmasın".
Kamal Abdulla: Bu gün Azərbaycanda ədəbi orqanların redaksiyaları formal şəkildə olmamalıdır

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

"Mən çox arzu edərdim ki, bu gün Azərbaycanda ədəbi orqanların redaksiyaları formal şəkildə qalmasın". Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Azərbaycan Respublikası Prezidentinin müşaviri Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, ədəbi orqanların fəaliyyəti hazırda da formal şəkildə deyil. Ancaq bu gün onların redaksiya heyətlərinin potensialından istifadə imkanları artırılmalıdır.

K.Abdullanın sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti nəticəsində nəhayət ki, ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbət bir-birindən ayrılıb: "Cox zaman bu iki istiqamət bir-birinə qaynayıb-qarışırdı. Buna görə də nəyin ağ, nəyin qara olduğunu ayırmaq mümkün olmurdu. Bu gün artıq AYB-nin fəaliyyəti nəticəsində ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbəti bir-birindən ayırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti