...

Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib

Cəmiyyət Materials 17 İyun 2014 18:13 (UTC +04:00)
Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib.
Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Anar yenidən Yazıçılar Birliyinin sədri seçilib.

Trend-in məlumatına görə, bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Qurultayda yeganə namizəd olan yazıçı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qurultayda AYB-nin hazırkı katiblərinin də vəzifələrində qalması barədə qərar verilib.

Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti