...

Anar: "Biz yalnız ədəbiyyata xidmət edirik"

Cəmiyyət Materials 18 İyun 2014 11:27
Bu gün Azərbaycan Yazışılar Birliyinin 80 illiyinə həsr edilən tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar rəhbərlik etdiyin qurumun tarixi haqqında məlumat verib.
Anar: "Biz yalnız ədəbiyyata xidmət edirik"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Yazıçılar Birliyinin 80 illiyinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar rəhbərlik etdiyi qurumun tarixi haqqında məlumat verib.

O qeyd edib ki, Yazıçılar Birliyi xalqın mənəviyyatında mühüm rol oynayan orqandır: "Əsl ədəbiyyatı yaşadan Azərbaycan Yazıçılar Birliyidir. "Yazıçılar Birliyi lazımdırmı, lazım deyilmi?" kimi sualları təxribat hesab edirəm, çünki bizim xarici düşmənlərimizin Azərbaycana vurmaq istədiyi ilk zərbə onun mənəviyyatına vurmaq istədiyi zərbədir. Bizim milli dəyərlərimizi heçə çıxartmaq istəyirlər və indi ya bilərəkdən, ya qəsdən, ya da başqa səbəblə həmin işi bizim bəzi mətbuat orqanları həyata keçirir".

Onun sözlərinə görə, Yazıçılar Birliyinin keşməkeşli, əzablı tarixi olub: "Yazıçılar Birliyinin tarixində qara səhifələr olub. Ötən əsrin 37-ci ilində Azərbaycanın bir çox dəyərli yazıçıları, çox istedadlı sənətkarları repressiya qurbanları olub. İkinci dünya müharibəsi illərində də Azərbaycan yazıçılarının sözləri cəbhədə döyüşən əsgərləri ruhlandırırdı, yazıçılar onlarla görüşüb mənəvi dəstək verirdilər".

Anar deyib ki, Azərbaycanda azadlıq hərəkatında da yazıçılar aktiv rol oynadı, Dağlıq Qarabağ məsələsi ilə bağlı Yazıçılar Birliyi Qorbaçova məktub ünvanladı və Qorbaçov çavab verdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq: "O zaman Kommunist Partiyası nüfuzunu itirmişdi, insanlar Yazıçılar Birliyinə üz tuturdu. Təəssüf ki, o zaman bəzi adamlar öz maraqları naminə yazıçıları pisikdirməyə çalışırdı, mitinqlərdə yazıçılar əleyhinə çıxışlar edirdi. Bu gün artıq Yazıçılar Biriliyi bölünməz bir təşkilatdır, Azərbaycan mənəviyyatının qorunmasında mühüm rol oynayır. Bu tədbirin keçirilməsinə göstərilən dəstəyə görə cənab Prezident İlham Əliyevə də təşəkkür edirik".

Yazıçı deyib ki, hökumətdən hər hansı bir dəstək alanda deyirlər ki, Yazıçılar Birliyi hökumətə xidmət edir: "Biz yalnız ədəbiyyata xidmət edirik. Yazıçılar Birliyinin tərkibində də müxtəlif siyasi baxışları olan insanlar təmsil olunur. Bizi birləşdirən yalnız ədəbiyyatdır".

Sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi ilə bağlı təbrik məktubunu oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti