...

Regionun ən qüdrətli ordusu (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 16:09 (UTC +04:00)
Sabah Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması günüdür. Əlamətdar hadisə münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri "N" saylı hərbi hissədə komandir, zabit və əsgərlərlə görüş keçiriblər.
Regionun ən qüdrətli ordusu (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Sabah Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması günüdür. Əlamətdar hadisə münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri "N" saylı hərbi hissədə komandir, zabit və əsgərlərlə görüş keçiriblər.

Tədbiri Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq hərbi hissənin komandir, zabit və əsgərlərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından salamlayıb və onları bayram münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki, 96 il əvvəl, iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə gənc demokratik dövlətimizdə ilk nizami ordu hissəsi - Əlahiddə Azərbaycan Korpusu yaradılıb:

"Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən, həmin tarixi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilərək, hər il xalqımız tərəfindən təntənə ilə qeyd olunur. Böyük Heydər Əliyevi Sovetlər dönəmində düşündürən əsas məsələlərdən biri bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə azərbaycanlı kadrların yetişdirilməsi olub. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1972-ci ildə əsası qoyulan C.Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəb Azərbaycanın hərbi təhsil tarixində, ordu quruculuğu sahəsində yeni bir səhifə açdı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü daxili və xarici siyasət kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi qüdrəti gündən-günə güclənir və inkişaf edir. Bu gün Azərbaycan Ordusu Vətənimizin və xalqımızın sipəridir, regionun ən güclü ordusudur. Bu gün Azərbaycan Ordusunun hər bir əsgər, çavuş, gizir, zabit və generalı döyüş meydanında qəhrəmanlıq sözünü deməyə və qalib gəlməyə hazırdır".

Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Şahnaz Haşımova doğma Vətənin və xalqın əmin-amanlığı keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərin arasında olmaqdan məmnunluq duyduğunu və onların çox şərəfli, məsuliyyətli sahədə xidmət göstərdiklərini qeyd etdi. Yer üzündə bütün qadınların, anaların ən ülvi arzusunun sülh, sabitlik və həmrəylik olduğunu vurğuladı.

"N" saylı hərbi hissənin komandiri polkovnik-leytenant Ramiz Qasımov zabit və əsgərlər adından görüşün təşkilatçılarına dərin minnətdarlığını bildirdi, Vətənə, xalqa hər zaman layiqincə xidmət edərək, Azərbaycanın şərəfini daim uca tutacaqlarını bəyan etdi.

Bayram münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən hədiyyələr hərbi hissə komandanlığına təqdim edildi.

Sonda Gəncə şəhər incəsənət ustalarının geniş konsert proqramı hərbçilər tərəfindən rəğbətlə qarşılandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti