...

Azərbaycanda qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər kimlərdir?

Cəmiyyət Materials 16 İyul 2014 10:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal-mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.
Azərbaycanda qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər kimlərdir?

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək balı - mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır.

I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki 'Zəngi' liseyinin bu ilki məzunudur.

Ibrahimov Eltun Nazim oğlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.

Hacili Məmməd Ismayil oğlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərindəki Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.

Nəbizadə Fatimeyizəhr Nemət qızı Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.

Quluzadə Nurlan Fəzayil oğlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki 'Zəkalar' liseyinin cari il məzunudur.

Iv ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə Ilkin Rəfael oqlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.

Bu qrupa sənəd verən Qasimov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti