...

Gəncədə "Təlim və resurs mərkəzi" fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 24 İyul 2014 15:09 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək "Təlim və resurs mərkəzi" yaradılıb.
Gəncədə "Təlim və resurs mərkəzi" fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Hər zaman gənclərin hərtərəfli inkişafına, sağlam mühitdə böyüməsinə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası yenə də gənclərin arzusunu yerinə yetirdi. YAP Gəncə şəhər təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək "Təlim və resurs mərkəzi" yaradılıb.

Mərkəzin açılışında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, təşkilatın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, İcra Hakimiyyətinin məsul işçiləri, beynəlxalq təlimçi Günay Zeynalova və tələbə-gənclər iştirak ediblər.

Açılış nitqini söyləyən YAP Gəncə şəhər təşkilatının sədri N.Həmzəyev iştirakçıları salamlayaraq bildirib ki, "Təlim və resurs mərkəzi"nin yaradılmasında əsas məqsəd gənclərin hərtərəfli bilik əldə etməsinə şərait yaratmaqdır. Bildirilib ki, burada istedadlı və təcrübəli təlimçilər tərəfindən gənclərin istəyinə uyğun müxtəlif təlimlər keçiriləcək xarici dil və kompüter kursları təşkil ediləcək.

Çıxış edən YAP Gəncə şəhər təşkilatının sədr müavini Pərvin Kərimzadə, təlimçi Günay Zeynalova bildiriblər ki, "Təlim və resurs mərkəzi"nin yaradılması olduqca əlamətdar hadisədir, çünki biz bu gün sağlam, geniş biliyə malik gənclər yetişdiririksə, deməli, sağlam gələcək yetişdiririk.

Yığıncaq zamanı gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan "Təlim və resurs mərkəzi"ndə gənclərin istəyinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək. Gənclər onlayn qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti