...

Gənc həkimlər böyük uğurlar əldə edəcək (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2014 17:07 (UTC +04:00)

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə

AMEA-nın Gəncə Bölməsində gənc həkimlərin fəaliyyətinə geniş şərait yaratmaq, əhaliyə tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədilə həyata keçiriləcək layihələrin hazırlamasına dair bilik və bacarıqları təqdim edən seminar-treyninq keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbəri Mehman Rzayev, gənc həkimlər, şəhərdə fəaliyyət göstərən QHT nümayəndələri və AMEA-nın elmi işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkənin sosial-iqtisadi, mədəni, turizm və digər sahələri ilə yanaşı, səhiyyənin də inkişafına xüsusi diqqət yetirir. Bu sahəyə göstərilən qayğı və həyata keçirilən tədbirlər, çoxşaxəli islahatlar öz müsbət nəticəsini verir və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti günbəgün artır. Lakin səhiyyəmizin daha da çox inkişaf edərək böyük irəliləyişlər əldə etməsi üçün gənc həkimlərin üzərinə böyük məsuliyyət düşür.

Səhiyyənin inkişafına dair video çarx izləndikdən sonra AMEA-nın doktorantı, Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti, İsveç Kral Akademiyasının müxbir-üzvü Elnur Həsənov layihələrin yazılması, icrası barədə məruzə ilə çıxış edib.

Tədbir diskussiya şəklində davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti