...

Andoranın ilk Baş naziri Gəncəyə səfər edib (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2014 10:08 (UTC +04:00)
Andora Respublikasının ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyq Gəncəyə birgünlük səfər edib.
Andoranın ilk Baş naziri Gəncəyə səfər edib (FOTO)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Andora Respublikasının ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyq Gəncəyə birgünlük səfər edib.

Trend-in məlumatına görə, səmimi və mehribanlıqla qarşılanan hörmətli qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.

Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə Mərkəzin idarə heyətinə razılığını ifadə edib.

Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarı üstünə gül dəstələri düzüb. Burada fəaliyyət göstərən Nizami muzeyində olan Andoranın ilk Baş naziri Nizami dövrünün eksponatlarına, eləcə də şairin dünyanın müxtəlif ölkələrindən gətirilmiş əlyazmalarına baxıb. Təəssüratlarını zənginləşdirən O.R.Reyq sonra Heydər Əliyev Mərkəzinə gəlib, dahi şəxsiyyətin abidəsini ziyarət etdikdən sonra mərkəzlə yaxından tanış olub. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxan qonaq mərkəzdəki videokonfrans zalında ictimaiyyət nümayəndələri qarşısında məruzə ilə çıxış edib.

Gəncə ilə tanışlıqdan sonra Andorranın ilk Baş naziri O.R.Reyq Qəbələyə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti