...

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 25 Avqust 2014 12:28 (UTC +04:00)
Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək.
Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 29 avqust 2014-cü il tarixdə saat 11:00-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 148) Mingəçevir şəhərindən, eləcə də Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul haqqında vətəndaşları məlumatlandırmaq məqsədilə rayon gənclər və idman idarələri tərəfindən əhalinin sıx olduğu yerlərdə elanlar asılıb və qəbula yazılanların ilkin siyahısı hazırlanıb.

Qəbulda, həmçinin Gənclər və İdman Nazirliyinin müvafiq şöbələrinin, struktur qurumlarının və tabeliyində olan təşkilatların rəhbərləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti