...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib

Cəmiyyət Materials 29 Avqust 2014 18:28
TQDK tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edir
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-u saat 09:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə ixtisas seçimi aparılır.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən məlumat verir ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə qeyd olunub. Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanlarında topladıqları balı 20 və daha yüksək olan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalda, həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və s. məlumatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti