Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı "Təlim və Resurs Mərkəzi"ndə yeni layihəyə start verir.
"Layihənin yaradılması və idarə olunması" mövzusunda keçiriləcək təlimlərin 5 gün davam etdirilməsi nəzərdə tutulur. 3-7 sentyabrda layihələrin hazırlanması, 16 sentyabr tarixində isə layihələrin təqdimatı keçiriləcək.
Qalib gələn layihə Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatı tərəfindən dəstəklənəcək.
Təlimlər 3 sentyabr saat 10:00-da başlayır.