...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrin boş qalan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 Sentyabr 2014 12:44 (UTC +04:00)
Azərbaycanda orta ixtisas təhsili müəssisələrin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrin boş qalan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda orta ixtisas təhsili müəssisələrin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Komissiya 2014/2015-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 4-də saat 12:20-dən etibarən Komissiyanın internet saytında yerləşdirib.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Boş qalan 1561 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1018 abituriyent ərizə təqdim etmişdir. Onlardan 731 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.

Qəbul olanlar sentyabrın 5-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti