...

Ermənistanda məhkum qadınların sayı artır

Cəmiyyət Materials 16 Sentyabr 2014 11:29 (UTC +04:00)
Ermənistanda 2008-ci illə müqayisədə 2013-cü ildə mühakimə olunan qadınların sayı 41 faiz artıb.
Ermənistanda məhkum qadınların sayı artır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ermənistanda 2008-ci illə müqayisədə 2013-cü ildə mühakimə olunan qadınların sayı 41 faiz artıb.

Trend "Aykakan jamanak" qəzetinə istinadən məlumat verir ki, Ermənistan Milli Statistika Xidmətinin bu yaxınlarda dərc etdiyi rəsmi rəqəmlərə görə, 2013-cü ildə bu ölkədə 239 qadın azadlıqdan məhrum edilib ki, bu da 2012-ci ildəki göstəricidən 13 faiz çoxdur.

2008-ci illə müqayisədə 2013-cü ildə mühakimə olunan qadınların sayı 41 faiz artıb. Ötən beş il ərzində 2009-cu ildə məhkum qadınların sayı rekord səviyyəyə - 353 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti