...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni üzvləri Azərbaycana gələcəklər (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2014 11:18 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni üzvləri Azərbaycana gələcəklər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni üzvləri Azərbaycana gələcəklər (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni üzvləri Azərbaycana gələcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin aprelində - Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında imzalanmış Helsinki aktının 40 illiyi ərəfəsində keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov bir sıra Avropa ölkələrində görüşlər keçirir.

Mərkəzin təmsilçisi İsveçrədə Belçikanın sabiq Baş naziri, hazırda isə "İnternational İDEA"-ya rəhbərlik edən İv Letermlə görüşərək Foruma hazırlıqla əlaqədar fikir mübadiləsi aparıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan İv Leterm bu ilin aprelində keçirilmiş II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edib.

Növbəti görüşlər Slovakiyanın paytaxtı Bratislavada ölkənin sabiq Prezidenti, Baş naziri və xarici işlər naziri Mikulaş Dzurinda və Budapeştdə Macarıstanın keçmiş hökumət başçısı Peter Medeşi ilə keçirilib. Hər iki siyasətçi Mərkəzin üzvlüyünə qəbul olunub. Onlar təşkilatın yeni nümayəndəsi olaraq oktyabr-noyabr aylarında Azərbaycana gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işi ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanda yaradılsa da, İdarə Heyətinin tərkibi və üzvləri dünyanın tanınmış siyasi xadimlərindən təşkil olunub. Qurum Madrid Klubu ilə birgə 2013 və 2014-cü illərdə iki böyük beynəlxalq forum keçirib. Hər iki tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti