...

Layihə işini başa çatdırıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Təlim və Resurs Mərkəzində "Layihənin yaradılması və idarə olunması" mövsuzunda 5 günlük təlim bu gün yekunlaşıb.

Təlim zamanı "Problemin qoyuluşu və ideyanın formalaşması", "Layihənin məqsədi", "Vaxtın idarə olunması və layihənin təqvimi", "PR strategiyaları, press-reliz kommunikasiya" və digər mövzularda təlimlər keçirilib.

Təlimdə Gəncə şəhərinin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.

Ülviyyə Mahmudovanın "Qarabağ sevgisini duyaq", Gülnar İbrahimovanın "Azərbaycan tarixini və ulu öndəri daha yaxından tanıyaq", Fərid Rəhimovun və Kamran Alməmmədovun "Biznes etika təlimləri" adlı layihələri təlim iştirakçılarına təqdim olunub.

Yekunda yüksək fəallıq göstərən gənclərə sertifikatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti