• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Türkiyədə narkotik asılılığı olan 48 mindən çox yeniyetmə var

1 Oktyabr 2014 14:44 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Hazırda Türkiyədə 48 374 yeniyetmənin narkotik asılılığı var. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika İnstitutunun hesabatında deyilir.

Hesabata əsasən, Türkiyədə yeniyetmələr arasında ən geniş yayılmış narkotik vasitə "bonzai" adlı narkotikdir.

Türkiyədə 15-24 yaş arası narkotik istifadəçiləri ölkə əhalisinin 2,9 faizini, 25-44 yaş - 2,8 faizini, 45-64 yaş isə 2,3 faizini təşkil edir.

2013-cü ildə Türkiyədə 5214 nəfər narkotik asılılığından müalicə olunub. Ölkədə narkotiklərdən müalicə üzrə 22 mərkəz var.

Məlumata əsasən, Türkiyədə həbs olunanların 18 faizi narkotik maddə alverçisidir ki, onların da sayı 23 738 nəfər təşkil edir.

Son 4 ildə İstanbulda narkotik vasitələrin istifadəsinə və satışına görə 316 466 nəfər saxlanılıb.

Son illərdə Türkiyə narkomaniyaya qarşı mübarizəni sərtləşdirib. Ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib ki, psixotrop preparatların reseptsiz satışı qadağan olunacaq və bu, narkomaniyaya qarşı mübarizə çərçivəsində edilir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu isə bəyan etmişdi ki, narkotik alverçiləri ölkədə terrorçulara bərabər tutulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Türkiyədə narkomaniya
Azernews Newspaper
Digər xəbərlər
Türkiyədə narkotik alverçilərinin tutulması əməliyyatında əcnəbilər də saxlanılıb
Dünya xəbərləri 13 Yanvar 2015 11:24
Türkiyə polisi narkodilerlərin saxlanması üzrə xüsusi əməliyyat keçirib
Dünya xəbərləri 24 Dekabr 2014 11:01
Əhməd Davudoğlu: Türkiyədə narkotik satıcıları terrorçu kimi qiymətləndiriləcək
Siyasət 26 Sentyabr 2014 13:38
Türkiyədə bəzi dərman preparatlarının reseptsiz satışı qadağan olunacaq
Cəmiyyət 16 Sentyabr 2014 11:09
Ən çox oxunanlar
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir
Nəzər nöqtəsi
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter