Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1102 nəfər qidadan zəhərlənib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 986 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 14 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.
Bu ilin sentyabr ayında 84 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 84 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 1-i botulizm (ən ağır bakterial qida zəhərlənməsi) olub. Bu hadisə nəticəsində 1 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.