...

Dövlət qurumları tərəfindən uzun müddətə xaricə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının gömrük rüsumlarından və vergilərdən azad olunması təklif edilir

Cəmiyyət Materials 17 Oktyabr 2014 12:24 (UTC +04:00)
Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif edilir.
Dövlət qurumları tərəfindən uzun müddətə xaricə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının gömrük rüsumlarından və vergilərdən azad olunması təklif edilir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif edilir.

Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Asəf Hacıyev irəli sürüb.

A.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar. Geri dönəndə isə həmin əmlak ya köhnəlir və orada sata bilmirlər, ya da bir çox hallarda Azərbaycana gətirirlər. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir".

Bu səbəbdən A.Hacıyev həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif edib: "Düşünmürəm ki, bu, dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti