...

İran Prezidenti qızların üzünü turşu ilə yandıranların tezliklə tapılmasına dair göstəriş verib

Cəmiyyət Materials 24 Oktyabr 2014 13:47 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani ölkənin İsfahan şəhərində qızların üzünü turşu ilə yandıranların tezliklə tapılmasına dair göstəriş verib.
İran Prezidenti qızların üzünü turşu ilə yandıranların tezliklə tapılmasına dair göstəriş verib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

İran Prezidenti Həsən Ruhani ölkənin İsfahan şəhərində qızların üzünü turşu ilə yandıranların tezliklə tapılmasına dair göstəriş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agetnliyi xəbər verir.

H.Ruhani İranın Təhlükəsizlik, Daxili İşlər və Ədliyyə nazirliklərinə İsfahanda qızların üzünü turşu ilə yandıranların tapılması işlərini tezləşdirməyi tapşırıb və həmin şəxslərin tutulub cəzalandırılmasını istəyib.

Prezident həmçinin ölkənin Nazirlər Kabinetinə göstəriş verib ki, bazar günü keçiriləcək iclasda bu məsələni gündəliyə daxil etsin və adıçəkilən 3 nazirliyin bu istiqamətdə gördükləri işləri araşdırsın.

Qeyd edək ki, bir müddət öncə İranın İsfahan şəhərində naməlum şəxslər 4 qadına turşu ilə hücum edib. Hücuma məruz qalan qadınların gözləri, üzləri və əlləri yanıb. Bu hadisədən sonra İranın İsfahan şəhərində etiraz aksiyaları keçirilib. Xalq qızların üzünə turşu atan şəxslərin cəzalandırılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti