...

Qaradağ rayonunda "Ümumrespublika yaşıllaşdırma" marafonu (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2014 17:31 (UTC +04:00)
Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir.
Qaradağ rayonunda "Ümumrespublika yaşıllaşdırma" marafonu (FOTO)

Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın "Ümumrespublika yaşıllaşdırma" layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir.

Qaradağ rayonunda da bu layihə Qobustan qəsəbəsində başlanılmışdır. İlk növbədə, abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilmişdir.

Bu aksiya çərçivəsində indiyədək 2000-ə qədər şam, sərv, liandra və digər növlərdən olan ağac əkilmiş, 3000 kv.metr sahəyə ot örtüyü döşənmiş və ətraf ərazi abadlaşdırılmışdır.

"Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti