...

Koroğlu Rəhimov küçəsi yenə bağlanır

Cəmiyyət Materials 14 Noyabr 2014 15:57 (UTC +04:00)
Bakının mərkəzi yollarından biri olan Koroğlu Rəhimov küçəsinin bir hissəsi bu gündən etibarən bağlanacaq.
Koroğlu Rəhimov küçəsi yenə bağlanır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının mərkəzi yollarından biri olan Koroğlu Rəhimov küçəsinin bir hissəsi bu gündən etibarən bağlanacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bu gün saat 22:00-dan etibarən paytaxtın Nərimanov rayonu ərazisində Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün və səki daşlarının döşənməsi ilə əlaqədar qısa müddətə avtomobillərin hərəkəti üçün tam bağlanacaq və istiqamət dəyişidiriləcək: "Bakı yol polisi həmin ərazidə yaşayan və göstərilən istiqamətdə hərəkət edən avtomobil sürücülərinə bildirir ki, vəziyyəti nəzərə alıb istiqaməti Təbriz küçəsi ilə kəsişmədən metronun "Nərimanov" stansiyası istiqamətində və yaxud Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsindən keçməklə müəyənləşdirmək mümkündür".

Bundan əlavə, sürücülərdən və avtomobil sahiblərindən xahiş edilir ki, metronun "Gənclik" stansiyasından Fətəli xan Xoyski küçəsi ilə hərəkət edərkən Odlar Yurdu Universiteti istiqamətində aparılan təmir-tikinti işlərini nəzərə alıb hərəkəti yalnız tunellə "Nərimanov" stansiyası istiqamətində müəyyənləşdirsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti