Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Ötən gün yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, hava yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.
Lənkəranda 202 (aylıq normanın 120 faizi), Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.