...

Vyetnamda Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2014 18:56 (UTC +04:00)
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə aksiyası keçirib.
Vyetnamda Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə aksiyası keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində səfirliyin əməkdaşları paytaxt Hanoy şəhərində yerləşən "Peace Village" fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində olub və səfirliyin adından 1-18 yaşlı 130 nəfərdən artıq uşaq üçün müxtəlif oyuncaqlar hədiyyə olunub və şirniyyatlar paylanıb.

Məktəbin direktoru Nquyen Thi Thanh Phuonq Azərbaycanın Vyetnamdakı səfirliyinin xoşməramlı aksiyasının valideyin himayəsindən məhrum olmuş, həmçinin fiziki qüsurlu uşaqlar üçün böyük dəstək olduğunu vurğulayıb və öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti