23 dekabrda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə bağlı bu gün Gəncə şəhər C.Cabbarlı adına Dövlət Dram Teatrında Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərlə seçicilərin görüşü olub.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Budaqov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərcaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyası, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tədbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmnasını şərtləndirib.
H.Budaqov qarşıdakı seçkilərdə YAP-ın qələbə estafetini əldə saxlamaq üçün seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.
Təbliğatçılar Nizami Seyidəliyev, Həsənbala Sadıqov, Hüseyn Bəxtiyarov, Ceyhun Hüseynov, Sevda Abdullayeva çıxışlarında qeyd ediblər ki, yerli özünüidarəetmə qurumu yarandığı dövrdən ötən illər ərzində müəyyən inkişaf yolu keçib, təcrübə toplayıb.
Bələdiyyə üzvlüyünə namizədlərdən Rasim Tağıyev, Nigar Ələsgərova, Raqif Hüseynov qeyd ediblər ki, namizədlərin sayının çox olması seçkilərin azad rəqabət şəraitində keçəcəyindən xəbər verir. İnamla demək olar ki, bu dəfə də gəncəlilər dəyişməz mövqedən çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.