...

Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 16 Dekabr 2014 12:37 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 11:00-da Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində (Şirvan şəh, Gülbala Şıxbala oğlu küçəsi) başlanacaq qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcək.

Qəbul üçün vətəndaşların qeydiyyatı 16-21 dekabr saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Şirvan - 055-333-40-04

Hacıqabul - 055-797-76-96

Neftçala - 050-320-42-42

Saatlı - 055-211-56-50

Sabirabad - 055(050)-206-86-77

Salyan - 055-200-66-65;
050-350-70-40

Məqalədə:
Xəbər lenti

Xəbər lenti