...

Әbülfəs Qarayev "Sovetski"də tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 26 Dekabr 2014 14:37 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev "Sovetski" kimi adlanan ərazidə tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirib.
Әbülfəs Qarayev "Sovetski"də tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev "Sovetski" kimi adlanan ərazidə tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Ә.Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, "Sovetski" kimi adlanan ərazidə 118 tarixi abidə var. Həmin binaların arasında bəziləri yerli əhəmiyyətlidir: "Bu binalar bu gün müasir baxışdan çox da tarixi və ya memarlıq əhəmiyyəti daşımır. Elə binalar var ki, onların da əhəmiyyəti o qədər çox deyil. Amma onların üzərində xüsusi memarlıq bəzəkləri var. Həmin binalar da məhz o bəzəklərə görə bu siyahıya salınıb".

Ә.Qarayev bildirib ki, bu ərazidə Cəlil Məmmədqulizadə, Abdulla Şaiqin ev-muzeyləri var.

Həmin muzeylərin sökülməyəcəyini deyən nazir əlavə edib ki, bu binalar muzey olduqları üçün sökülməyəcək: "Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Amma muzey olduqları üçün onlar yerində qalacaq".

O, qeyd edib ki, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan təxminən 30-u sökülməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti