...

DİN-dən qaçqın və məcburi köçkünlərə bayram hədiyyəsi

Cəmiyyət Materials 27 Dekabr 2014 16:48 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 26-da daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabad rayonunda, bir gün sonra, dekabrın 27-də isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
DİN-dən qaçqın və məcburi köçkünlərə bayram hədiyyəsi

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 26-da daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabad rayonunda, bir gün sonra, dekabrın 27-də isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb.

Ümummilli liderimizin siyasi kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımıızın qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb. Bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, iqtisadi potensialımızın, siyasi qüdrətimizin durmadan artdığını xatırladan nazir müavini qarşımızda duran əsas məsələ-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanaraq respublikamızın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb, məlum problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Nazirliyin rəhbərliyinə təşəkkür edib.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər məhz möhtərəm dövlət başçımızın apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti