...

Azərbaycanlı müəllim Almaniya universitetində dərs deyəcək

Cəmiyyət Materials 2 Fevral 2015 10:04 (UTC +04:00)
Bu gündən başlayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edəcək.
Azərbaycanlı müəllim Almaniya universitetində dərs deyəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən başlayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) "Beynəlxalq nəqliyyat əməliyyatları" fənnini tədris edəcək.

Azərbaycan Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, ADİU-nun beş, Zigen Universitetinin isə on üç tələbəsinin iştirak etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özləri seçib. Dərslər ingilis dilində keçiriləcək və fevralın 6-dək davam edəcək. Həmçinin tədris prosesinin bir hissəsi kimi Almaniya şirkətlərinə səfərlər də təşkil olunacaq.

Dərsləri uğurla bitirən alman və azərbaycanlı tələbələrə ADİU-nun kreditləri veriləcək, sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, A.Rzayev Xəzər Universitetin Beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu Yorkun Sirakuz Universitetində təhsil alıb və orada "Dekanın şərəf siyahısı"na daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars dillərini bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti