Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən İran İslam Respublikasının vətəndaşları, 1992-ci il təvəllüdlü Daniyal Mirjoch, Safa Sofarinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının müxtəlif yerlərində quldurluqda şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Daniyal Mirjoch, Safa Sofari saxlanılıb.
Bakıda quldurluq edən İran vətəndaşları cəzalandırıldı